“Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadə edilməsində bu gün bir sıra ciddi problemlər movcuddur”- bu fikri ədliyyə Nazirliyinin Xaçmaz Regional şöbəsinin rəisi Rasim Məlikov Belediyye.info saytına açıqlamsında bildirib. şöbə rəisinin sözlərinə görə, bu gün bələdiyyələrdə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların bir qismi istifadəsiz qalıb. istifadə etmək niyyətində olanlar isə bu torpaqlardan istifadə edə bilmir. Bələdiyyə bəzən bu torpaqları ehtiyacı olmayanlara verir və nəticədə kifayət qədər insan torpaqdan bəhrələnə bilmir:
“Hesab edirəm ki, hörmətli prezidentin söylədiyi kimi, istifadəsiz qalmış kənd tərəssürafatı təyinatlı torpaqların taleyi ilə ciddi şəkildə maraqlanmalı və bu sahədə bələdiyyələr tərəfindən atılmış hər bir addım dövlət siyasətinə uyğunlaşdırılmalıdır. Kim torpaqları icarəyə götürüb istifadə etmirsə, onlara bağlanmış müqavilələr ləğv edilməli, bu torpaqlar marağı və ehtiyacı olan şəxslərə verilməlidir.”
Rasim Məlikovun sözlərinə görə, bələdiyyə sədrləri belə məqamlara diqqətli olmalıdır: “Bəzən hətta elə hallara rast gəlinir ki, torpağı götürənlər onun təyinatını dəyişib ticarət obyekti inşa edir. Sözsüz ki, bu çirkin niyyətlərin icrası məhz bələdiyyələrin “gözyummağı hesabına”da baş verir.”
şöbə rəisi ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və nazirliyin regional şöbələri inzibati nəzarət qaydasında belə məqamların baş verməməsi üçün ciddi şəkildə mübarizə apardığını, regionlarda maarifləndirmə işlərinin bundan sonra da fəaliyyət planına uyğun olaraq davam etdiriləcəyin qeyd edib.